Xorvatiya ilə dünənki utancverici oyundan sonra Türkiyə milli komandasının baş məşqçisi Quus Hiddinqin işinə son verildi. Mediada yer alan xəbərlər görə, ay-ulduzlu komandanı yerli bir məşqçiyə əmanət etməyi planlaşdıran Türkiyə Futbol Federasiyasının prezidenti Mehnet Ali Aydınların ağılında iki ad var: biri Abdullah Avcı, digəri Ərtoğrul Sağlam. Hər iki məşqçinin bu təklifə müsbət yanaşdığı bildirilir. Dünənki oyun zamanı tribunalar da "Abdullah Avcı” deyə qışqırırdı. Modern.az-ın məlumatına görə, Türkiyə milli komandasının yeni baş məşqçisinin adı gələn həftə müəyyənləşəcək.
Modern.az