Modern.az

Seyran Səxavət: "Mən Ziyalılar Forumunu dəstəkləyirəm"

Seyran Səxavət: "Mən Ziyalılar Forumunu dəstəkləyirəm"

Ölkə

14 Noyabr 2011, 11:18

Sıralarında Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Ramiz Rövşən, Aslan İsmayılov kimi ziyalıları birləşdirən Ziyalıların İctimai Forumunun hakimiyyəti Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarına əməl olunmasına diqqət yetirməyə çağırıması qarşı tərəfdən sərt təpki ilə qarşılanlıb.
Artıq neçə gündür rəsmi “Azərbaycan” qəzetində Ziyalıların İctimai Forumunun  əleyhinə yazılar dərc olunur.

Ziyalıların İctimai Forumunun son toplantısında iştirak etməyən yazıçı Seyran Səxavət Modern.az-a açıqlamasında ziyalıların səsləndirikləri məsələlərlə həmfikir olduğunu və onları dəstəklədiyini bildirib.

“Mərdəkanda olduğum üçün həmin toplantıda iştirak etməmişəm. Amma mən onların hamısını alqışlayıram, dəstəkləyirəm və lazım olarsa, köməklik etməyə də hər zaman hazıram”-deyə Seyran Səxavət vurğulayıb.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı