Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu davam etdirir. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların bir illik fəaliyyyətinə qiymət verməyə dəvət edirik.
Soyadı əlifba sırası üzrə təqdim olunan dördüncü “15-lik”lə bağlı “Hansı deputatın işi sizi qane edir?” sorğusu da yekunlaşıb. Oxucular bu dəfə də sorğuda çox aktiv iştirak ediblər.
Budəfəki sorğumuzda 116 saylı Qəbələ seçki dairəsi millət vəkili Fəttah Heydərov daha çox səs toplayaraq birinci yeri tutub. Bu həftə sorğumuzda 1500 respondent iştirak edib. Onların 24 faizi Fəttah Heydərovu dəstəkləyib.
Sorğumuz nəticəsində sonrakı yerlərə hər biri 19 fazi səslə 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin deputatı Əli Hüseynli və 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Məlahət İbrahimqızı, 15 faiz səslə 67 saylı Cəlilabad şəhər seçki dairəsinin deputatı Malik Həsənov çıxıb.
Nəticələr:
1. İsmayıl Hacıyev - 0%
2. Sabir Hacıyev - 3%
3. Şəmsəddin Hacıyev - 2%
4. Fəttah Heydərov - 24%
5. İsa Həbibbəyli - 1%
6. Qüdrət Həsənquliyev - 6%
7. Malik Həsənov - 15%
8. Əli Hüseynli - 19%
9. Etibar Hüseynov - 3%
10. Əliağa Hüseynov - 1%
11. Rafael Hüseynov - 2%
12. Sevinc Hüseynova - 2%
13. Zeynəb Xanlarova - 4%
14. Rüstəm Xəlilov - 0%
15. Məlahət İbrahimqızı - 19%
Modern.az