Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi və Tərtər RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da Tünzalə Həsənovanı boğaraq qətlə yetirmiş Tərtər şəhər sakini, əvvəllər məkum olunmuş Tahir Ocaqov tutulub.
Modern.az saytının məlumatına görə, hadisə Tərtərin Sarıcalı kəndində qeydə alınıb. Kənd sakini, 36 yaşlı Tünzalə Qəşəm qızı Həsənovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkarlanıb. Meyitə ilkin baxış keçirilərkən onun boğularaq öldürüldüyü müəyyən edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Məlumatlara görə, T.Həsənova yüngül həyat tərzi keçirimiş.
Modern.az