Modern.az

Azərbaycanda 1 milyon 279 min 422 nəfər əmək pensiyası alır

Azərbaycanda 1 milyon 279 min 422 nəfər əmək pensiyası alır

Ölkə

17 Noyabr 2011, 11:49

1 oktyabr 2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 279 min 422 nəfər təşkil edir. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
 
Cəmi əmək pensiyası alan şəxslərin 496 min 248 nəfəri kişi, 783 min 174  nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 330 min 828 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 815 min 239  nəfər təşkil edir.  Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 133 min 355 nəfərdir.

Bu ilin 3-cü rübü ərzində yeni təyin olunmuş əmək pensiyaçılarının sayı 10038 nəfər təşkil edib. Rüb ərzində yeni təyin edilmiş pensiyaların orta aylıq məbləği isə 163, 9 manat olub.

Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı