“Mənə olan hücum yazılarımla bağlıdır”
”Mənə olan hucum ola bilsin ki, yazılarımla bağlıdır. İran və qloballaşma ilə bağlı yazıma görə ehtimal edirəm ki, bu hadisə olub”. Bu sözləri naməlum şəxsin bıçaqladığı yazıçı Rafiq Tağı “Azadlıq” radiosuna müsahibəsində deyib. Modern.az radionun sosial səhifəsinə istinadən bildirir ki, yazıçı onu vuranın “həyəcanlı olduğunu” söyləyib.
”Məni vuran həyəcanlı idi. Üzüörtülü 30-35 yaşlı adam arxadan zərbə vurdu mənə. Zərbəni birinci kürəyimdən vurdu. Heç bir kəlmə söz danışmadı ki, birdən səsindən nəsə başa düşülər. Sonra qaçdı getdi”-deyə R.Tağı bildirib.
Yazıçı qeyd edib ki, ola bilsin ki, hücum yazıları ilə bağlıdır.
“Çünki mənim heç kimlə qərəzim yoxdur. İran və qloballaşma ilə bağlı yazıma görə ehtimal edirəm ki, bu hadisə olub. Çünki həmin yazılara şərhlər də gəlirdi”-deyə R Tağı bildirib .
Müsahibə tam şəkildə “Azadlıq” radiosunun saytında yerləşdiriləcək
Modern.az