Modern.az

İslam dünyasının Facebook-u tezliklə fəaliyyətə başlayacaq

İslam dünyasının Facebook-u tezliklə fəaliyyətə başlayacaq

Ölkə

21 Noyabr 2011, 16:17

2011- ci ilin dekabr ayında İnternet aləmində ilk qlobal islam layihəsi - SalamWorld.com adlı yeni sosial şəbəkənin sınaq buraxılışı həyata keçiriləcək. Layihə təşəbbüskarlarının verdikləri məlumata görə, SalamWorld.com (dünyaya sülh) şəbəkəsi bütün dünyadakı müsəlmanlara bir-birilərini daha yaxşı tanımağa, işgüzar, şəxsi və qardaşlıq əlaqələri qurmağa yardım edəcək.

Yaradıcı heyətin əsas məqsədi sosial şəbəkələrin və mikrobloqların artdığı bir zamanda müsəlman cəmiyyətlərinin tələblərinə cavab verən virtual resursun, dünyada islam mədəniyyəti və ənənələri barəsində düzgün təsəvvürlərin formalaşmasına imkan verən universal kommunikasiya kanalının yaradılmasıdır.

Saytın əsas qayəsi olaraq “siyasətsiz, haramsiz, sərhədsiz” şüarı altında islami və insani dəyərlərin qorunması elan olunub.

Yeni saytın artıq Misirdə təqdimat mərasimi keçirilib, 2012-ci ilin aprelində isə İstanbulda rəsmi, təntənəli açılışı nəzərdə tutulur.

Yaxın günlərdə isə saytın Bakıda da təqdimatı keçiriləcək.

Layihə özünün çoxdilli strukturuna görə unikaldır, belə ki, o demək olar ki, müsəlmanların yaşadığı bütün  coğrafiyanı əhatə edir.

SalamWorld.com –un yaradılması və işə salınmasında 11 ölkədən olan heyət iştirak edir.

Saytın mərkəzi ofisi İstanbulda yerləşəcək, texniki işlər isə dünyanın texnoloji nəhəngləri Accenture, Microsoft, Oracle, Dell, Motorola və digərlərinin də cəmləşdiyi XXI –ci əsrin “hind möcüzəsi” olan L&T Infocity proqram-texnoloji park  “Haytek-Siti”nin yerləşdiyi Hindistanın Haydarabad vilayətində yerləşən serverdən idarə olunacaq.

Qahirə, Moskva, London, Dubay, Məkkə,Mədinə, Astana, Nyu-York, Paris, Kuala-Lumpur kimi şəhərlərdə SalamWorld.com –un müxbir məntəqələri təşkil olunacaq.

Artıq təşkilatçılar ilə İtaliya, İsveçrə,  Fransa, Finlandiya, Türkiyə, Qazaxstan, Misir, Səudiyyə Ərəbistanı, ABŞ, və Böyük Britaniya kimi ölkələr arasında birgə əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb. Gələcəkdə layihənin  coğrafiyasının genişlənməsi nəzərdə tutulur.

İlk mərhələdə sayt türk, ərəb, fars, rus, ingilis, fransız dillərində fəaliyyət göstərəcək, daha sonra saytın istifadə dilləri artırılacaq, bura Azərbaycan, qazax, özbək, malay, urdu, çin, benqal, puştu və digər dillər də əlavə olunacaq.

SalamWorld.com-da xəbər bölməsi ilə yanaşı sosial şəbəkə, müxtəlif dillərdə elektron kitabxana, on line-təhsil, on laine fətva, on line- İslam ensiklopediyası, on line- seminarlar, on line – oyunlar, videolar, həcc və ümrə bələdçisi, oyun formatında tədris proqramları, uşaqlar üçün bölmə və bir çox digər bölmələr də fəaliyyət göstərəcək.

Sayt hələ rəsmi şəkildə işə düşməsə də, artıq bu gün 100 mindən artıq insan onların elektron ünvanlarının gələcəkdə saytın xəbər paylaşma siyahısına salınması xahişi ilə müraciət edib. Saytın rəhbərliyi 3 il ərzində istifadəçilərinin sayının 100 milyon nəfərə qədər artırılması ilə bağlı arzularını bildiriblər.  

Diqqətəlayiq cəhət odur ki, saytın baş redaktorluğu Azərbaycan nümayəndəsi, Quran tərcüməçisi, islamşünas Elmir Quliyevə həvalə olunub.

Saytın planlaşdırılan auditoriyası- müsəlman gəncliyi, islam aləminin intellektual liderləri və iş adamları olacaq. Eyni zamanda yaradılacaq yeni internet-portal təkcə müsəlmanlar üçün deyil, həmçinin İslam dini haqqında öz dünya­görü­şünu genişləndirmək istəyən hər bir kəs üçün açıq olacaq.

Sosial resursu vaxtında işə salmaq məqsədilə yaradıcı heyət layihə üzərində aktiv iş aparır. Bu müsəlmanlara islam etik normaları çərçivəsində qalmaqla sosial şəbəkələrin üstün cəhətlərindən yararlanmaq imkanı verəcək.

Bu internet – layihə İslam dünyasının Facbook-u olmağı hədəfləyir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı