Modern.az

Səlim Müslümov: “Yanvarın 1-dən bütün pensiyalar artacaq”

Səlim Müslümov: “Yanvarın 1-dən bütün pensiyalar artacaq”

Ölkə

24 Noyabr 2011, 18:31

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Modern.az saytı xəbər verir ki, Fondun büdcəsini təqdim edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, qurumun gələn il üçün xərclərinin strukturunda 2 322,540 mln. manat əmək pensiyalarının ödənilməsinə yönəldiləcək.
Səlim Müslümov bildirib ki, 2012-ci il yanvarın 1-dən  Azərbaycanda bütün  pensiyaçıların müavinətləri artırılacaq.
Fond sədri yerlərdə pensiyaçıların qarşılaşdıqları bankomat çatışmazlığı probleminin olduğunu deyib. Səlim Müslümov deyib ki, rəhbərlik etdiyi qurum banklarla daim bu məsələdə əməkdaşlıq etdir. Sədr  bildirib ki, əvvəllər bankomatlar 1,2 mln. nəfərə xidmət edirdisə, indi 5 mln. nəfərə xidmət edir.
“Gələn ilin əvvəlində yeni bankomatlarla bağlı tender keçirəcəyik və 1000 nəfər üçün 1 bankomat nəzərdə tutulacaq”.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı