Modern.az

Yazıçı Rafiq Tağıya sui-qəsd işi Prezidentin xüsusi nəzarətindədir

Yazıçı Rafiq Tağıya sui-qəsd işi Prezidentin xüsusi nəzarətindədir

Ölkə

26 Noyabr 2011, 18:20

Baş Pokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri yazıçı-publisist  Rafiq Tağıya sui-qəsdlə bağlı yeni məlumat yayıb. Modern.az xəbər verir ki, huquq-mühafiqə orqanlarının bu gün yaydığı birgə məlumatda bildirilir ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist  Rafiq Tağıya yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. 

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1 - qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq polis və prokuorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlərin gedişini ciddi nəzarətdə saxlayan Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Rafiq Tağıya yetirilmiş həyatı üçün təhlükəli olan bədən xəsarətlərinin xarakteri və onların ağırlıq dərəcəsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi nəzərə alınaraq törədilmiş əməl Cinayət Məcəlləsinin 29,120.1 –ci ( qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif olunub və cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilib.

Bildirilir ki, 2011-ci il noyabrın 23-də Rafiq Tağı xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunaraq davam etdirilir. 

Noyabrın 26-da baş prokuror  və daxili işlər naziri istntaq-əməliyyat qrupunun hesabatını dinləyib, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və  əməliyyat-axtarış tədbirləri müəyyən etmiş, konkret tapşırıq və tövsiyələr veriblər.
  

“İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nəzarətindədir.

İstintaq araşdırmalarının nəticələri haqda əlavə məlumat veriləcəkdir”-deyə huquq-mühafiqə orqanlarının birgə məlumatda qeyd edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı