Modern.az

"Eurovision-2012"nin milli seçim turu bu axşam başlayır (I turun siyahısı)

"Eurovision-2012"nin milli seçim turu bu axşam başlayır (I turun siyahısı)

Ölkə

28 Noyabr 2011, 12:26


"Eurovision-2012" Mahnı Müsabiqəsinin Milli seçim turu bu axşam saat 22:00-dan etibarən İctimai Televiziyanın efirində start götürəcək. Bu barədə Modern.az saytına İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Milli seçim turunda 72 nəfər iştirak hüququ qazanıb. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Və bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək.  

"Eurovision-2012" nin Milli seçimlərinin ilk efiri bu axşam saat 22.00-da olacaq.  Bu həftə Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə Həsənova  və Səmra Rəhimli yarışacaq.  

İştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan Milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstərəcəklər. Seçim qaydaları ötən il olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. 8 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq.  Finala keçmiş iştirakçılar isə  Azərbaycanı "Eurovision Mahnı Müsabiqəsi 2012" də təmsil etmək uğrunda yarışacaq. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır