Modern.az

Misir Mərdanov: "Orta məktəblərdə müəllimlərin sayı 10 min nəfər azalıb"

Misir Mərdanov: "Orta məktəblərdə müəllimlərin sayı 10 min nəfər azalıb"

Ölkə

29 Noyabr 2011, 11:01

Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın ümumtəhsil məktəblərində işləyən müəllimlərin sayı 10 min nəfərədək azalıb. Nazirin sözlərinə görə, bu, Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət müəssisələrində tətbiq olunan yaş senzi (65 yaş) nəticəsində baş verib.  

Nazir deyib ki, hazırda orta məktəblərdə 150 minə yaxın müəllim işləyir, bu isə normadan artıqdır.

Onun sözlərinə görə, indi ölkənin ümumtəhsil məktəblərində 1 milyon 300 min şagird təhsil alır.
Nazirin sözlərinə görə, ölkədə Təhsil Nazirliyi məktəblərdə 1 müəllim - 12 şagird nisbətinı çalışır. “Buna görə də hələ müəllimlərin sayı azaldılmalıdır”– deyə nazir bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı