Modern.az

Şəkidə ağlagəlməz məmur fırıldağı: bu boyda binanı gizlədiblər (FOTO)

Şəkidə ağlagəlməz məmur fırıldağı: bu boyda binanı gizlədiblər (FOTO)

Ölkə

29 Noyabr 2011, 17:54

Ölkə başçısının regionların inkişafı üçün atdığı addaımların, qəbul etdiyi qərarlarının rayonlarımızın yeni sima alması baxımından  əhəmiyyəti misilsizdir.  Tikilən yeni  müəssələr, bərpa edilən obyektlər , məktəblər, inzibati binalar yeni dizaynı ilə göz oxşayır. 

Lakin öz işinə, tutduğu posta yaraşmayan məmurlar da az deyil hələ. Bu şəkil ölkədə məmur bürokrtaiyasının və yalanının bariz nümünəsi sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Şəkiyə səfəri bir sıra əlamatdar hadisələrlə yadda qaldı.  Dövlət başçısının Şəkiyə səfəri kuryozlardan xali olmayıb. Məmur səhlənkarlığının günahı kimi..

Şəkili jurnalist Sadıq Fətəliyevin Facebook sosial şəbəkəsində yerləşdirdiyi  bu şəkil ilk baxışdan bizi də çaşdırdı. Axı burda nə var? Yeni təmir olunmuş bina. Belə binalar hər yerdə var. Amma tələsməyin əziz oxucular. Şəkidə səlahiyyət sahiblərinin ağlı Hollivuddakı film studiyalarında işləyən dekorasiya ustalarından yaxşı işləyirmiş.  Ətrafı izah edək.
Bir müddət öncə Prezident Şəkiyə gedən gün onun keçəcəyi  yolun üstündə olan bu köhnə, təmirsiz və bərbad binanı gizlətmək üçün ağlagəlməz üsul tapıblar. Deməli zirək məmurlar dövlət başçısının diqqətini çəkməmək üçün binaya onun hündürlüyü və eni həcmində nəhəg parçadan bu şəkli asıblar. Guya təmir olunmuş və istifadəyə verilmiş bina imiş...
Prezidentin kortecinin sürətlə keçməsini nəzərə alan məmurlar bu maskaradın fərq edilməyəcəyini guman ediblər...
Əsl Şəkisayağı lətifədir lap...



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı