Fövqəladə Hallar Nazirliyi (FHN) Ağstafa rayonunda Bakı-Qazax yolunun 450-ci kilometrliyində baş vermiş ağır yol qəzası barədə rəsmi məlumat yayıb.
Modern.az FHN-ə istinadən bildirir ki, ötən gecə baş vermiş hadisə nəticəsində "VAZ" markalı minik avtomobili üzərində Türkiyə Respublikasına məxsus dövlət qeydiyyat nişanı olan "Mercedes" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə, "VAZ" markalı avtomobilin sürücü - 1967-ci il təvəllüdlü Xalid İmanverdi oğlu Aslanov, sərnişinləri - 1929-cu il təvəllüdlü Güllüzar Ələs qızı Aslanova, 1958-ci il təvəllüdlü Elza Tatoy qızı Aslanova, 2004-cü il təvəllüdlü Emin Xalid oğlu Aslanov, 2000-ci il təvəllüdlü Mətanət Xalid qızı Aslanova, 2009-cu il təvəllüdlü Teymur Turqay oğlu Aslanov hadisə yerində ölüb, iki sərnişini yaralanıb.
Hadisə yerinə gəlmiş xilasedicilər xüsusi alət və avadanlıqları vasitəsi ilə X.Aslanovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Modern.az