
İngiltərənin səyahət saytı “Zoover.com” Avropada kişilər arasında ən cazibədar qadınları seçmək üçün sorğu keçirib. Modern.az saytının məlumatına görə, sorğuda iştirak edən avropalı kişilər ən cazibədar qadınların italyanlar olduğunu söyləyərək, bu ölkədən olan zərif məxluqları 1-ci yerə çıxarıblar.
Sorğuda iştirak edən türk kişilərinin 40%-i isə türk qadınlarına səs veriblər. 7-ci pillədə qərarlaşan türk xanımları alman kişilərinə görə 4-cü, italyan və ingilis kişilərinə görə isə 9-cu yerdədir.
6 min kişinin iştirak etdiyi sorğunun nəticələrinə görə, ən cazibədar qadınları olan ölkələrin ilk “10-luq”u belədir:
1. İtaliya
2. İsveç
3. Polşa
4. İspaniya
5. Hollandiya
6. Fransa
7. Türkiyə
8. Yunanıstan
9. Almaniya
10. İngiltərə
Modern.az