Modern.az

Peyvənd daha bir məktəblini şoka salıb

Peyvənd daha bir məktəblini şoka salıb

Ölkə

2 Dekabr 2011, 15:09

Noyabrın 28-də Lökbatandakı 7 saylı peşə məktəbində 16 yaşlı Namiq Həsənova vərəmə qarşı mantu vurulduqdan sonra dünyasını dəyişməsinə bənzər hadisə ondan bir gün sonra Bakının digər orta məktəbində baş verib.

Maştağa qəsəbəsi Ə.Vahid adına 293 saylı orta məktəbdə noyabrın 29-da şagirdlərə peyvənd  vurulub.

Modern.az saytına valideynlərin verdiyi məlumata görə, vaksin vurulan 10-cu sinif şagirdlərindən biri oğlan uşağı şoka düşüb. İki saat şok vəziyyətində olan şagirdə təcili tibbi yardım çağırılıb və bundan sonra o özünə gəlib. Hadisə biologiya müəlliməsi Xariqə xanımın dərsində olduğu üçün o da bundan təsirlənib və özünü itirib.

Nəticədə məktəbə ikinci dəfə təcili tibbi yardım maşını çağrılıb.

 Modern.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün məktəbin direktoru Xuraman Rzayeva ilə əlaqə saxlayıb.

Məktəb direktoru vaksin vurulduqdan sonra şagirdin özünü itirməsi və hadisənin Xariqə müəllimənin dərsində baş verməsi faktını təsdiqləsə də onlar üçün təcilli tibbi yardımın çağırılmasını inkar etdi.

“Bu tamamilə yalan məlumatdır. Bilmirəm bu məlumatları kim verib. Düzdür, 10-cu sinif şagirdi, oğlan uşağına vaksin vurulduqdan sonra o özünü pis hiss elədi. Həmin an tibb bacısı da burada idi. Biz tez müdaxilə etdik, burnunu tutduq və 2 dəqiqədən sonra özünə gəldi”

Direktor şagirdin özünü itirməsinə səbəbin ac olması olduğunu dedi. Onun sözlərinə görə, bunu şagirdin özü sonradan deyib: “O, özü dedi ki, acam və mən ac olanda iynə vurulanda özünü itirirəm. Biz də ona şirinçay verdik və kömək göstərdik. Bu hadisənin Xariqə müəllimənin dərsində olması faktı da düzdür. Amma onun üçün də təcili tibbi yardımın gəlməsi tamamilə səhvdir. Bunlar yanlış məlumatlardır. Mənim məktəbimə təcili tibbi yardım yalnız 3-cü sinifdə sudurqalı bir şagird var, tez-tez ürəyi gedir, onun üçün gəlib. O da əvvəllər olub. Bu hadisə ilə bağlı belə bir şey olmayıb”.

Aytən ƏLİYEVA  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı