İctimai Televiziyanın efirində noyabrın 28-dən start götürən "Eurovision-2012" Mahnı Müsabiqəsinin Milli seçim turunda ilk qalib – yarımfinalçı müəyyənləşib. Modern.az saytının məlumatına görə, bu, 9 nəfər arasından seçilən Orxan Kərimlidir.
28 noyabr - 2 dekabr aralağında keçirilən I seçim turunda 9 nəfər - Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə Həsənova və Səmra Rəhimli iştirak edib.
İştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstəriblər.
Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunub. İştirakçılar aşağıdakı yerləru tutublar:
1. Orxan Kərimli
2. Elnarə Həsənova
3. Səmra Rəhimli
4. Ramin Quliyev
5. Kənan Qədimov
6. Amil Qocayev
7. Canana Zeynalova
8. Orxan Mirzəyev
9. Anastasiya Bedritskaya
Xatırladaq ki, milli seçim turunda 72 nəfər iştirak hüququ qazanıb. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək.
İndi qarşıda 7 qrupun çıxışı qalır.
Modern.az