Modern.az

"Eurovision-2012"nin milli seçimlərdə II turu başlayır (II turun siyahısı)

"Eurovision-2012"nin milli seçimlərdə II turu başlayır (II turun siyahısı)

Ölkə

5 Dekabr 2011, 14:34


Dekabrın 5-dən "Eurovision-2012"nin Milli seçim turlarının 2-ci həftəsinə start verilir.
Modern.az-ın məlumatına görə, bu həftənin iştirakçıları Rüfət Əliyev, Mehriban Sadıqova, Fərid Həsənov, İlham Həmidov, Hüseyn Abdullayev, Məryam Kərimova, Sehri Rəhimova, “Live or Leave” qrupu və Elvin Babazadə olacaq.
Bu gün onlar dünya estradasından mahnılarla səhnədə olacaq. İştirakçılar həftənin 5 günü canlı yayımda ifa və performanslarını təqdim edəcək. Həftənin cümə günü isə münsiflər heyətinin  və tamaşaçıların SMS səsverməsi nəticəsində qalib bəlli olacaq.
Milli seçim turunu bu gün, saat 22:00- da İctimai Televiziyanın canlı efirində izləyə bilərsiniz.

Modern.az

***
Əlaqəli yazı:

Azərbaycanda "Eurovision-2012"nin milli seçim turunda ilk qalib seçilib
//modern.az/articles/19175/1/
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı