Modern.az

Ramiz Mehdiyev: “Mövcud vəziyyət belə davam edə bilməz”

Ramiz Mehdiyev: “Mövcud vəziyyət belə davam edə bilməz”

Ölkə

7 Dekabr 2011, 10:58

“ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi göstərdiyi fəaliyyəti qənaətbəxş hesab etmək olmaz. Azərbaycan xalqına belə məlum olur ki, ermənilərin işğalçılıq siyasəti beynəlxalq səviyyədə müdafiə olunur”. 

Modern.az APA-ya istinadən bildiri ki, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə münasibət bildirən Ramiz Mehdiyev qeyd edib ki, mövcud vəziyyət sonadək belə davam edə bilməz: “Dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycan xalqının səbir kasası artıq dolub. İnsanlarda bəzən belə fikir formalaşır ki, beynəlxalq vasitəçilər bu münaqişəni həll etmək üçün ciddi səy göstərmirlər. Hazırda münaqişə ətrafında yaranmış status-kvo vəziyyəti gələcək sülh və o bölgədə ədalətli cəmiyyətin qurulması üçün ən böyük təhlükədir. Dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün öz səylərini artırmalı və Ermənistanı sülhə vadar etməlidir. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ermənistan isə münaqişənin həlli prosesini uzatmaqla özünü regional iqtisadi layihələrdən təcrid edib”. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı