“Neft Fondunun xaricdə saxlanılan pullarının Azərbaycana gətirilməsi hökümətin gündəmindədir. Ancaq birdən-birə bu vəsaitləri gətirmək olmaz”.
Bu fikri millət vəkili, iqtisadcı Əli Məsimli Modern.az saytının sualını cavablandıran zaman deyib. Onun sözlərinə görə, Neft Fondunun xaricdə saxlanılan pullarının Azərbaycana gətirilərək istifadə edilməsi üçün öncə dəqiq plan hazırlanmalı və istiqamətlər müəyyənləşdirilməlidir. “Hesab edirəm ki, bu məsələdə ciddi ictimai nəzarət və dövlər nəzarəti ilə əlaqədar təşkilatların nəzarəti olmalıdır ki, həmin vəsait Azərbaycana gələndə öz təyinatına görə və daha dolğun formada, səmərəli sürətdə istifadə edilsin”.
Əli Məsimli deyir ki, Nent Fondunun pullarının hamısının gətirilməsindən söhbət gedə bilməz. “İlin axırında Neft Fondunun və Mərkəzi Bankının rezervləri hardasa 40-45 milyard manat civarında olacaq. Söhbət puların hamısından gedə bilməz, söhbət yalnız müəyyən layihələrin nəzarət mexanizmi olmaq şərti ilə həyata keçirilməsindən gedə bilər”.
Avropa ölkələrində böhranın ikici dalğasının başlandığını deyən Ə.Məsimli düşünür ki, bu, artıq Avropanın problemi deyil, Avropa sadəcə böhranın episentridir. Millət vəkili Amerkaya doğru yayılmaqda olan böhranın ölkəmizdən yan keçəcəyini istisna edir.
“Böhran Azərbaycana doğru gələ bilər. Ona görə ki, Avropanın ticarət dövriyəsində bizim payımız təxminən 40%-dən çoxdur. Ölkəmizdə ixracın yarıdan çoxu, idxalın isə ¼-i Avropa ilə bağlıdır”.
Ə.Məsimlinin sözlərinə görə, bu preseslərin Azərbaycana təsirini minimuma endirməkdən ötrü xaricdə olan valyutalardan istifadə etmək, həmcinin, bir sıra zəruri olan layihələri həyata keçirmək vacibdir.
“Xaricdə olan valyutanın bir hissəsini əlverişli şərtlərlə kredit formasında əhaliyə vermək olar”-deyən Ə.Məsimlinin sözlərinə görə, bununla rayonlarda biznesin inkişafını sürətli həll etmək, kənd yollarının bərpası, kəndlərin su, qazla təminatı məsələsində istifadə etmək zəruridir.
Azərbaycan Neft Fondunun vəsaitləri Fransanın “Societe Generale” bankında, İsveçrənin “Credi Suisse” bankında, Almaniyanın “Dresdner” bankında, mənkəzi qərargahı Londoda yerləşən “HSBS” bankında və başqa bir sıra nüfuzlu banklarda saxlanılır.
Sədaqət SÜLEYMANOVA