Modern.az

Azərbaycanda "Eurovision-2012"nin milli seçim turunda 2-ci qalib seçilib

Azərbaycanda "Eurovision-2012"nin milli seçim turunda 2-ci qalib seçilib

Ölkə

10 Dekabr 2011, 12:09

"Eurovision-2012"nin Milli seçim turlarının 2-ci həftəsi də yekunlaşıb.  
Modern.az-ın məlumatına görə, bu həftənin iştirakçıları Rüfət Əliyev, Mehriban Sadıqova, Fərid Həsənov, İlham Həmidov, Hüseyn Abdullayev, Məryam Kərimova, Sehri Rəhimova, “Live or Leave” qrupu və Elvin Babazadə olub.
 
İştirakçılar həftənin 5 günü canlı yayımda ifa və performanslarını təqdim ediblər. Həftənin cümə günü isə münsiflər heyətinin  və tamaşaçıların SMS səsverməsi nəticəsində qalib bəlli olub.
 
İkinci yarımfinalçı Məryam Kərimova qalib olub.

İştirakçılar aşağıdakı yerləru tutublar:

Məryam Kərimova,
Hüseyn Abdullayev,
Fərid Həsənov,
İlham Həmidov,
Elvin Babazadə,
Sehri Rəhimova,
"Live or Leave" rok qrupu,
Rüfət Əliyev,
Mehriban Sadıqova.

Xatırladaq ki, milli seçim turunda 72 nəfər iştirak hüququ qazanıb. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək. 
İndi qarşıda 6 qrupun çıxışı qalır.
Hələlik iki yarımfinalçı məlumdu: Orxan Kərimli və Məryam Kərimova

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı