Modern.az

Erməniləri Kəlbəcərə toplayan milyonçu həbs edilib

Erməniləri Kəlbəcərə toplayan milyonçu həbs edilib

Ölkə

12 Dekabr 2011, 20:04

Ermənistanda amerikalı erməni milyonçu, Azərbaycanın işğal edilmiş ərazilərinə ermənilərin köçürülməsini maliyyələşdirənlərdən biri Narek Arutyunyan həbs edilib.

“Narekatsi” adlı incəsənət fondunun təsisçisi olan N.Arutyunyan xüsusilə iri məbləğdə vergidən yayınmada ittiham olunur. Qardaşı Saro Arutyunyan isə iddia edir ki, onun heç bir günahı yoxdur və hüquq-mühafizə orqanları iş adamından iri məbləğdə pul qoparmaq üçün bu ittihamı irəli sürüblər.

Qardaşının dediyinə görə, N.Arutyunyan Qarabağ müharibəsində əlil olan ermənilərə və onların uşaqlarına müntəzəm yardım edib, həmçinin Dağlıq Qarabağda müxtəlif xeyriyyə tədbirləri keçirib. “Narekatsi” fondu 2002-ci ildə ABŞ-da yaradılıb, onun İrəvanda və Dağlıq Qarabağda şöbələri fəaliyyət göstərir. Bildirilir ki, fond öz vəsaitləri hesabına işğal altındakı Kəlbəcər rayonu ərazisinə erməni ailələrinin köçürülməsini təşkil edib, onlar üçün ayrıca kənd salıb. N.Arutyunyan əslən amerikalı filantrop erməni ailəsindəndir. Onun ABŞ-dan Ermənistana köçərək biznes fəaliyyətinə başlamasından sonra hakimiyyət orqanlarının erməni mesenata diqqəti artıb. Bildirilir ki, Arutyunyan digər amerikalı erməni iş adamları ilə birlikdə Ermənistanda və Dağlıq Qarabağda müxtəlif biznes layihələri həyata keçirib.

musavat.com

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı