Modern.az

Azad Rəhimov: ""Eurovision" yarışmasına hazırlaşan sürücü və polislərə ingilis dili öyrədilir"

Azad Rəhimov: ""Eurovision" yarışmasına hazırlaşan sürücü və polislərə ingilis dili öyrədilir"

Ölkə

13 Dekabr 2011, 15:02


“Eurovision-2012” Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanda rəsmi qurumlar ciddi hazırlıqları davam etdirilir. Bunlardan biri də iştirakçılarla ünsiyyəti qurmaq üçün xidməti şəxslərə ingilis dilinin öyrədilməsidir.

“Artıq sürüclərə və polislərə “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar təlimlər keçirilir”. Modern.az-ın məlimatına görə, məlumatı gənclər və idman naziri Azad Rəhimov bu gün deyib. O qeyd edib ki, mahnı müsabiqəsində gələcək qonaqları yüksək səviyyədə qarşılamaq, onara lazımı xidmət göstərmək üçün belə addımlar atılır.

Nazir Azərbaycana "Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı "Shuttule Buss” tipli xüsusi avtobusların da gətirildiyini qeyd edib. Elə ingilis dili təlimlərinə cəlb edilən sürücülər də bu avtobusları idarə edəcəklər.

“Eurovision-2012” Mahnı Müsabiqəsi 2012-ci ilin mayında Bakıda keçiriləcək.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı