Modern.az

Qadağan olunmuş meyvə şirin olur

Qadağan olunmuş meyvə şirin olur

Ölkə

12 Aprel 2012, 09:03

Modern.az-da oxudum ki, Google Trends-in xəbərinə görə, Azərbaycan internetdə “porno” sözünü axtarış verən ölkələr sırasında 16-cə yerdə qərarlaşıb. Həm də 57 balla. İlk sırada isə Ermənistan dayanır. Bəlkə də deyəcəksiniz ki, burda nə var ki, normal haldır. Avropaya inteqrasiya edən ölkə olmaq istəyiriksə, niyə də pornosayt həvəskarı ölkələrdən olmayaq? Onsuz da qadınlarımızın əxlaqsız yollara düşməsiylə, kişilərimizin də mavi rəngə meyl etməsiylə Avropaya çatmışıq, indi də onu geridə qoymağa çalışırıq. 

...Ümumiyyətlə, bu səpgili mövzulara toxunmaq, yazmaq xoşuma gəlməsə də, bəzən yan keçmək də olmur. Və Google Trends-in bu xəbərini oxuyar-oxumaz, yadıma bununla bağlı hadisələr düşdü. Deyəsən yazmağın yeri var. Amma şəxslərin adlarını hallandırmaq etik normaya uyğun olmadığı üçün adsız, qısa və bəsit danışacağam. Yadımdadı, bir-iki il əvvəl Azərbaycanda kifayət qədər tanınan siyasi partiya sədrinin ofisinə getmişdim. Hər beş ildə bir parlament seçkilərinə qatılan siyasətçimiz məndən Facebook, Twitter sosial şəbəkələrinə üzv olmaqda ona kömək etməyimi xahiş etdi. Ona məxsus kompüterin qarşısına keçib Google axtarış sisteminə onun xahiş etdiyi sosial şəbəkələrin adlarını axtarışa vermək istədim. Elə klaviaturanın klavişlərinə toxunmuşdum ki, kiril əlifbasıyla “seks” sözləri muncuq kimi qarşıma düzüldü. “Seks”  sözünü başa düşdüm, amma latın deyil, niyə kiril əlifbasıyla axtarışa verdiyini anlamadım. İllərin siyasətçisinin qarşımda lalə kimi qızardığını görsəm də, özümü görməzliyə vurdum. Dedim ki, kompüterinizə virus düşüb, açmır, onu təmizlədin.

Elə o zamandan bu yana o siyasi lider barədə xəbərdar deyiləm, ara-sıra mətbuatda bəyanat və çıxışlarıyla qarşılaşıram. Virus demişkən, kompüter texniki olan  tanışlarımdan biri vaxtilə nazirlərdən birinin şəxsi bilgisayarında baş verən xoşagəlməz hadisəni mənə nəql etmişdi. Deyirdi ki, bu nazir lap internet manyakıymış. Bütün günü internetin qarşısında oturub ancaq pornovideo və pornofotolara baxırmış. Kompüterinə ən yüksək anti-virus proqramı yüklənmiş olsa da, gününü pornosaytlara baxmaqla keçirən bu keçmış nazir ayda 1-2 dəfə bilgisayarını format etdirirdi, yəni proqram təminatını yeniləndirirdi. Tanışım deyirdi ki, ayda 1-2 dəfə nazirliyə getməkdən bezikibmiş. Deyirdi ki, onu işdən çıxarsaydılar rahat olardı. Elə belə də oldu...

İnsanların pornosaytları bu qədər həvəslə seyr etməsini bəzən başa düşə bilmirəm. Bəlkə də bu, ya işsizliklə, ya da siyasiləşən cəmiyyətimizin bundan bezərək vaxtlarını başqa şeylərə səfr etməsiylə bağlıdır. Bilmirəm, bəlkə də haqlıyam, bəlkə də haqsız. Deyəsən, bu belədir. Amma o siyasi partiya lideri bütün seçkilərdə iştirak etsə də, heç birinə buraxılmayıb, hətta yuxarıda birilərinə bağlı olsa belə. Elə o nazirin də kabinetində oturub vaxtını sevimli saytlara baxmaqla keçirməsi yarımçıq qaldı. Çünki ziyafət məclislərin birində buraxdığı səhv cümlələrin güdazına gedərək nazir postundan uzaqlaşdırıldı... Yaxşı ki getdi, elə yaxşı ki, digərini də parlamentə buraxmırlar...

Amma işini-gücünü buraxıb, gününü bu tipli saytlara baxmaqla keçirən siyasətçilərimiz, məmurlarımız az deyillər... Elə buna görədir ki, kim nə edir, necə istəyir, elə o cür də edir...  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı