Modern.az

Baş redaktorun qardaşı oğlu itib - FOTO

Baş redaktorun qardaşı oğlu itib - FOTO

Ölkə

16 Aprel 2012, 17:45

“Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin qardaşı oğlu müəmmalı şəkildə yoxa çıxıb. Bu barədə Modern.az saytına baş redaktorun özü açıqlama verib.  Onun bildirdiyinə görə, aprelin 15-də səhər saat 11.00 radələrində Əliyev Məhəmmədəli Etibar oğlu evdən çıxıb və geri qayıtmayıb.

Hadisə ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunduğunu deyən S.Əlibəyli araşdırmanın səviyyəsindən narazı olduqlarını bildirdi: “Uşaq kameralarda da görünüb, amma sonra hansı istiqamətə getdiyi bilinmir. Bundan başqa onun telefon nömrələrinə gələn zənglər var, bunlar araşdırılmalıdır. Mən buna görə təkrar daxili işlər naziri Ramil Usubova ərizə ilə müraciət etdim”. Qeyd edək ki, S.Əlibəyli yazılarında dövlət məmurlarına qarşı kəskin  mövqeyi ilə fərqlənir. O, qardaşı oğlunun yoxa çıxmasının peşə fəaliyyəti ilə bağlı ola biləcəyindən şübhələnir Şəkildə gördüyünüz bu cavan oğlan barəsində hər hansı məlumatı və ya xəbəri olanlardan (055)736-52-65 nömrəli telefona zəng vurmaları xahiş olunur. 

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı