Yenə o çağ olaydı...

Modern.az saytı yeni layihəsini davam etdirir. “Bir şəklin tarixçəsi” adlı rubrikada çağdaş tariximizin ictimai-siyasi, mədəni həyatına dair maraqlı anları əks etdirən fotoşəkilləri təqdim edirik. Həmçinin bu, hansısa tanınmış insan haqqında özəl foto da ola bilər.
“Bir şəklin tarixçəsi” rubrikasının növbəti təqdimatı ölkənin hüquq-mühafizə orqanlarında yüksək vəzifələr tutmuş generalların bir sırada dayandığı anı özündə əks etdirir.
Soldan Azərbaycanın daxili işlər nazirinin müavini, polis general leytenantı Əsgər Ələkbərov, yenə daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, general-leytenant Məhərrəm Əliyev və daxili işlər nazirinin sabiq birinci müavini, polis generalı Zahid Dünyamalıyev...
İndi onlardan biri Məhərrəm Əliyev Tacikistanda səfir vəzifəsini başa vurduqdan sonra həm general, həm də diplomat kimi ehtiyatdadır. Zahid Dünyamalıyevsə dünyasını dəyişib.
Fotoşəkilin dəqiq çəkilmə tarixini bilməsək də, arxa fonda indi yerində “Üç alov” oteli tikilən o zamankı “Moskva” mehmanxanası görünür.
Modern.az