İnsan Bədniyyətli Şeytan haqqında nağıl uydurub, lakin əgər nə vaxtsa bədniyyətli şeytan mövcud olubsa da, BU- ELƏ İNSANIN özüdür. (Aurelio Peççei).
Yazıma bu girişlə başlamağım heç də təsadüfi deyil. Son iki həftə ərzində zorlamalarla, sui-qəsdlərlə, intiharlarla və bu kimi cinayətlərlə bağlı xəbərlər demək olar ki, yazılı və elektron KİV-də gündəmin manşetinə çevrilib. Ata qızını, qardaş bacısını zorlayırsa, ana övladını döyə-döyə öldürürsə, bax, biz, Peççeinin insan barəsində dediyi o şeytana bənzəyirik. Mən bu xoşagəlməz, əxlaqsız olaylar barədə çox eşitmişəm, hətta şahidi olmuşam. Və iyrənc olsa da bəzisini qələmə almağa məcburam.
Vaxtilə aktiv siyasətlə məşğul olan bir siyasətçimizin də barəsində demişdilər “bu şərəfsiz cavan vaxtlarında öz qızını zorlamağa cəhd edib (bəlkə də zorlayıb. Bəzi şəxslər isə bu əxlaqsızlığı onun atasının etdiyini söyləyirdi- L.S.), utanmadan cəmiyyət içinə çıxıb siyasətlə məşğul olur”. Bilmirəm, bu nə dərəcədə dəqiq məlumat idi. Amma jurnalist fəaliyyəti dövrümdə o şərəfsiz deyilən siyasətçiylə heç vaxt görüşmədim və üz-üzə gələndə belə salamlaşmırdım. Amma bu iyrənc məxluqun vaxtilə törətdiyi əməlini unudub onunla yaxınlıq edən insanlar da az deyildir. Bildiyim bunabənzər olaylar tək bununla bitmir.
Tanışlarımın birinin ailəsində hüzr məclisində olanda, bizə qulluq edən 14 yaşlı qız uşağı barədə pıçıltıları eşitdikdən sonra bu cəmiyyətdə yaşadığımdan utandım. Sən demə bu qızın atası öz qızını kiçik yaşlarında zorlamaq niyyəti olub. Buna görə də anası qızını elə 10 yaşındaca qardaşı arvadına verib. Deyib ki əyyaş ərim uşağın yanında lüt-üryan gəzir. Buna qarşı çıxanda bildirir ki, qızımı ona görə böyütmürəm ki, kimsə alıb saxlasın, onu yedirdirəm, içirdirəm ki bir müddət sonra özüm saxlayıb kef edim. Qadın uşağı qardaşı arvadına verəndə deyib ki, istəyirsən övladımı qızın kimi böyüt, istəmirsənsə qulluqçu kimi saxla, yetər ki biqeyrət atasından uzaq olsun. Hazırda iki oğlan uşağı olan bu ailədə evin kişiləri bu zavallıya doğma bacısı, qızı kimi hörmət edir, sevir. Qadın deyirdi ki, atasının qorxusundan qız hələ də orta məktəbə getmir, demək olar ki orta təhsili yoxdur. Onu da əlavə edir ki, ara-sıra evdə söz-söhbət olanda qız ağlayırmış ki, məni evimizə yollasanız, özümü öldürəcəyəm. Bildiriblər ki onlar qızı heç yerə buraxan deyillər və indi 15 yaşı olan bu gözəl qız sığındığı bu evi gələcəkdə gəlin kimi tərk edəcək...
Bu hadisələri eşitdikdən sonra düşündüm ki, biz ölməyə proqramlaşdırılmışıq, çürüməkdə olan cəmiyyətdə - gələcəyi olmayan cəmiyyətdə yaşayırıq. Bəli, ata qızını, qardaş bacısını, qaynata gəlinini zorlayırsa, valideynlər körpələrini boğaraq öldürürsə, rüşvət ayaq açıb yeriyirsə, fahişəlik bəzi efirlərin bəzi proqramlarından başlayırsa, biz gələcəyi olmayan cəmiyyətə gedirik. Biz üzüaşağı elə bir sürətlə yuvarlanırıq ki, bu gün boşanma halları artıq ittiham doğurmur, özünəqəsdlər, intiharlar, zorlamalar, sürətlə artsa da, demək olar ki, heç kəsi heyrətləndirmir, seksual biabırçılıqlar adi təzahürə çevrilib və bu də kəskin etiraza səbəb olmur.
Bu nədir, biz dəlimi olmuşuq, cəmiyyət belə hara gedir? Əcəba, baş verənlər aldığımız havadanmı, yediyimiz ərzaqdanmı, içdiyimiz sudanmı, əynimizə geyindiyimiz libasdanmıdır? Hərə buna müxtəlif ad qoyur. Baş verənləri normal hal kimi qəbul etmək isə qeyri-mümkündür.
Bilmirəm, bəlkə də bu baş verənlər, cəmiyyətin korlanması uzaq Amerikadan və yaxın Avropadan hazırlanmış və cəmiyyətimizə yeridilən “İNSAN OBRAZININ DƏYİŞDİRİLMƏSİ” konsepsiyasıdır? Amma nə qədər də olsa, bu əxlaqsız proqramın cəmiyyətdə gerçəkləşdirilməsi yolverilməzdir.
Beynimizi kimlər və nələr korlayır? Bax, bunu bilmək gərək. Necə? Mən deyərdm ki, baş verənlər ilk öncə qeyri-mükəmməl təhsil sisteminin nəticəsidir. Çünki, təhsildə qiymət göstəricilərinin aşağı düşməsi də buna dəlalət edir. Və ya zorlama, narkomaniya və bu kimi cinayətlərə qarşı elmi-tədris, maarifləndirmə proqramları efirlərdə yox dərəcəsindədir. Bunun yerini ailə-məişət zəmnində zorlamalardan, narkomaniyadan, intiharlardan bəhs edən teleseriallar, xarici filmlər, 17 yaşdan yuxarı gənc oğlan və qızların, 28 yaşdan yuxarı boşanmış qadınların şou-biznesə sürətlə axınıyla bağlı reklam xarakterli proqramlar tutub və tutur. Bu axının qarşısını almaq isə deyəsən müşgülə çevrilib. Budur, artıq narkomaniya orta məktəblərdə lövbər salıb. İncildə (4.6.) Osii peyğəmbər deyir ki, mənim xalqım məlumatı az olduğuna görə qırılacaq. Biz də məlumatsız olduğumuz görə, fərqli-fərqli olaylarda qırıla-qırıla gedirik.
Zorlama, narkomaniya, pornoqrafiya, azad seks, ailənin əsaslarının praktiki olaraq dağıdılması, işsizlik, korrupsiya, rüşvətxorluq, lesbiyançılıq, homoseksulizm (ölkəmizdə onlarla lesbian və mavilərə aid veb səhifələr, toplaşdıqları küçə tinləri və kafelər mövcuddur-L.S.) və nəhəyət anaları tərəfindən abortlarla məhv edilən minlərlə və bəlkə də milyonlarla günahsız körpələr – görəsən, bundan da iyrənc başqa cinayət varmı?
...Mən bildklərim arasında sadəcə iki fakta toxundum. Təəssüf ki onlarla bu cür faktlar var və hələ də davam edir...