Modern.az

Səadət sarayı təmirdən sonra... Binada altıguşəli ulduz - FOTOLAR

Səadət sarayı təmirdən sonra... Binada altıguşəli ulduz  - FOTOLAR

Ölkə

18 Aprel 2012, 10:25

Məşhur milyonçu Murtuza Muxtarovun 20-ci əsrin əvvəllərində Bakıda inşa etdirdiyi Səadət sarayının 2007-ci ildən başlayan təmir-bərpası qurtarmır ki, qurtarmır...  

Modern.az saytının əməkdaşı Səadət sarayında olaraq işlərin gedişi ilə maraqlanıb. Sarayın əməkdaşları müxbirimizə bildiriblər ki, təmir işləri hazırda binanın daxilində aparılır və yaxın zamanlarda yekunlaşacaq. Ondan sonra açılış mərasimi keçiriləcək. Bu səbəbdən də Səadət sarayına müraciət edənlər hələ də metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən ofisə göndərilirlər.

Əməkdaşımız Səadət sarayında olarkən maraqlı bir məqamı müşahidə edib. Məlum olub ki, təmir olunan saray binasının qülləsindəki ulduzun forması dəyişdirilib. İndi binanın baş hissəsindəki altıguşəli ulduz daha aydın və fəqli şəkildə diqqət cəlb edir. 

Rəsmi məlumata görə, Səadət sarayının təmiri üçün 36 milyon manat vəsait ayrılıb. Qeyd edək ki, Səadət sarayının təmiri Gənclər və İdman Nazirliyinin sifarişi ilə aparılır. Bərpa işlərinə İtaliya və Serbiyadan olan mütəxəssislər cəlb edilib. Sarayın zədələnməməsi üçün fasad əl üsulu ilə təmizlənib. İşıqlandırma məqsədilə burada 240 ədəd xüsusi çıraqdan istifadə olunub. Binanın qış bağı və rəqs zalı müxtəlif çiçəklər və dekorativ bitkilərlə bəzədilib. Su kəməri və kanalizasiya sistemi tamamilə yenilənib. Bina isə bütünlüklə kompüterləşdirilir.

Uzun illərdir Səadət sarayı kimi fəaliyyət göstərən bu bina vaxtilə milyonçu Murtuza Muxtarovun həyat yoldaşı Liza Turqanovaya hədiyyəsi olub. Həyat yoldaşının Venesiyadakı saraya heyranlığını görən Murtuza Muxtarov Bakıda da belə bir binanın inşasına qərar verib.






Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı