Modern.az

Bakıda evləri yıxan şirkət hələ 100 il işləyəcək

Bakıda evləri yıxan şirkət hələ 100 il işləyəcək

Ölkə

19 Aprel 2012, 11:02

Son günlər Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsində sənədsiz evlərin sökməsi məsələsi gündəmin aktual məsələsinə çevrilib. Qəsəbədə ard-arda baş verən qarşıdurmalarda Dövlət Neft Şirkətinin (ARDNŞ) işçiləri sənədsiz evlərin uçurmaqla kifayətlərnmir, buna etiraz edən sakinlərə də divan tuturlar. ARDNŞ bəyan edib ki, bu ərazidəki neft yataqları olan torpaqlar boşaldılmalı və “Binəqədi Oil Company" şirkətinin istismarına verilməlidir.

Yeri gəlmişkən, sənədsiz evlərin sökülməsində və vətəndaşlara qarşı zorakılıqlarda “Binəqədi Oil Company" şirkətinin də mühafizə xidmətinin əməkdaşları canfəşanlıq edirlər.

Bakıda çox az şirkət var ki, onların adı çəkiləndə sadə vətəndaşların canına qara qorxu dolur. Belə şirkətlərdən biri məhz "Binəqədi Oil Company"dir. Son illər Binəqədi rayonu ərazisində kasıb-kusubun evini yıxmaqla məşul olan bu şirkət yüzlərlə ailənin qarğış obyektinə çevrilib.
Əsasən Sulutəpə və Xocəsən qəsəbələri ərazisində sadə insanların min bir əziyyətlə tikdikləri sənədsiz evləri uşuran “Binəqədi Oil Company” şirkəti Azərbaycan vətəndaşları ilə düşmən ölkənin sakinləri kimi davranır. Sənədsiz evləri məhkəmə qərarı olmadan uçurub-dağıdan “Binəqədi Oil Company”nin qoluzorluları etiraz edən vətəndaşlara qarşı elə zorakılıqlar tətbiq edir ki…
Azərbaycan polisi isə bu olayları  kənardan sadəcə seyr etməklə məşğul olur… Bəzən isə polisi də “Binəqədi Oil Company”nin bu üzdəniraq əməliyyatlarına cəlb edirlər…

Azərbaycan ərazisində Azərbaycan vətəndaşlarına qarşı mütəmadi zorakılıq  aksiyaları gerçəkləşdirən “Binəqədi Oil Company” nə vaxt yaradılıb, nə qədər əraziyə malikdir?

Binəqədi rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, “Binəqədi Oil Company” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azen Oil Kompani Bi.Vi.” şirkəti və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanmış Binəqədi blokunun işlənməsi və bərpası ilə bağlı Saziş üzrə “Azneft” İB və “Binəqədineft” NQÇİ-nin bazasında 01 sentyabr 2005-ci il tarixdə yaradılıb.

Kontrakt zonasına 8 yataq daxildir (Binəqədi, Qirməki, Sulutəpə, Şabandağ, Çaxnaqlar, Masazır, Fatmayı yatağının Sianşor və Məhəmmədəli sahələri).

Binəqədi rayonuna daxil olan neft yataqları şosse və dəmir yolları ilə birləşərək Bakı şəhərindən 9 km şimal-şərqdə Abşeron yarımadasının mərkəzi hissəsində yerləşir. Şirkətin ümumi ərazisi 4400 ha təşkil edir. Bu ərazidə 3 mədən fəaliyyət göstərir. Yataqların işlənmə tarixi 100 ildən artıqdır.

 Binəqədi Oil Company”ə verilmiş neft yataqlarının hesablanmış ehtiyatları aşağıdakı kimi proqnozlaşdırılıb:

• Balans neft ehtiyatları- 181 806 min ton, çıxarılan ehtiyatlar 62 110 min ton
• Balans qaz ehtiyatları- 6 993,1 mln m3, çıxarılan ehtiyatlar 4 797,3 mln m3

Yataqların məhsuldarlığı 80% təşkil edir.

Quyu fondu aşağıdakılardan ibarətdir:

• Şirkət üzrə neft istismar fondu- 1099 quyu
• Suvurma istismar fondu- 144 quyu 

Modern.az saytının əməkdaşı dünənki hadisələrə - evlərin uçurulmasına, sakinlərin, hətta jurnalistlərin döyülməsinə “Binəqədi Oil Company”dən də münasibət öyrənmək istəyib. Amma şirkətdən bu haqda danışmaq istəməyiblər. Yalnız onu deyiblər ki, sözügedən ərazilər boşaldılmayınca söküntü işləri davam etdiriləcək..

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı