“Avroviziya”ya qədər siyasi məhbus sayılan şəxslərin azad ediləcəyi bildirilir
May ayında siyasi motivlərlə həbsdə olduqları idda olunan şəxslərin prezident tərəfindən əvf olunacağı gözlənilir.
Bu barədə
Modern.az-a Dilarə Əliyeva adına Qadın Huquları Cəmiyyətinin sədri, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Bu siyahıya “2 aprel işi” üzrə cəza çəkən siyasi partiya fəalları və bir sıra digər şəxsləri daxil edilcəyi bildirilir.
Novella Cəfəroğlunun sözlərinə görə, bu ilin may ayının ortalarında siyasi məhbusların azadlığa buraxılacağı ehtimalı böyükdür.
“Biz gələn ayın ortaları üçün siyasi məhbusların həbsxanadan azad ediləcəyini gözləyirik. Ancaq bizdə onların siyahısı və kimlərdən ibarət olacaqları haqqında dəqiq məlumat yoxdur”-deyə o vurğulayıb.
Şahanə Rəhimli