Modern.az

Bakı Dövlət Universitetinin yeni dekanları təsdiqləndi

Bakı Dövlət Universitetinin yeni dekanları təsdiqləndi

Ölkə

24 Aprel 2012, 15:33

Bakı Dövlət Universitetinin iki fakültəsinə yeni dekan seçilib və onlar təsdiqləniblər.

Jurnalistika, Tətbiqi riyaziyyat və kibernetika fakültələrində dekan seçkilərinin nəticələri məlum olub. Nəticələrə görə, Jurnalistika fakültəsinə dekan vəzifəsi üçün Mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyev, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üçün isə AMEA-nın müxbir üzvü Məhəmməd Mehdiyev təyin olunub.

Universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın Modern.az saytına verdiyi məlumata görə, əvvəlcə sənədlər akademik Vasim Məmmədəliyevin sədrliyi ilə 15 nəfərdən ibarət komissiyaya təqdim olunub. Kafedralardan daxil olmuş səslərə əsasən, komissiya üzvləri adıçəkilən şəxslərin dekan vəzifəsini tutmasını yekdilliklə təsdiqləyiblər.

AMEA-nın müxbir üzvü, professor  Məhəmməd Mehdiyev artıq ikinici dəfədir ki,10 kafedranın səs çoxlugu ilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan postunu tutur.

Professor, filologiya elmləri doktoru Şamil Vəliyev isə ilk dəfədir ki, bu vəzifəyə təyin olunur.

Xatırladaq ki ,“Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na əsasən, dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından 4 il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir. 


Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı