Modern.az

“Avroviziya” turistlərinə yalnız “London taksiləri” xidmət göstərəcək

“Avroviziya” turistlərinə yalnız “London taksiləri” xidmət göstərəcək

Ölkə

27 Aprel 2012, 15:00

Nəqliyyat Nazirliyi: “Turistlərin keçdiyi istiqamətlərdə digər taksilərin dayanması yasaqdır”

 “Avroviziya” müsabiqəsi zamanı turistlərin keçdiyi istiqamətlərdə “London taksi”lərindən başqa taksilərin dayanması qadağan ediliib. Bu barədə Modern.az saytına açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, qadağa yalnız Nəqliyyat Nazirliyi tərəfindən təyin olunmuş yerlərdə olacaq.

“Bakı şəhərində 465 taksi dayanacağının 22-dən istifadə olunacaq. Belə ki, qonaqların qaldıqları otellərə “London taksi”ləri ilə xidmətin təşkili nəzərdə tutulur. Burada Heydər Əliyev ad;na Hava Limanından Azadlıq meydanına qədər olan avtobus marşrutunun hərəkəti  nəzərdə tutulur. Azadlıq meydanından isə qonaqların qaldıqları otelləri əhatə edən avtobus marşrutları olacaq”.

Nazirliyin rəsmisi bildirib ki, taksi dayanacaqları əsasən bu əraziləri əhatə edəcək:

Hava limanı, Hilton otelinin yanı, Azneft meydanı, “Abşeron” oteli , Gənclər meydanının yanı, Füzüli meydanının yanı , Dəmir Yolu vağzalı,  “Sahil” bağı,  Neftçilər prospekti , Beynəlxalq Avtovağzalın ərazisi,  Dəniz Limanın yanı, İzmir küçəsi, Dilarə Əliyeva, Cəfər Cabbarlı küçələri, Hüseyn Cavid prospekti istiqamətində həmin taksilər hərəkət edəcəklər.

“Digər taksilərə gəldikdə isə onların fəaliyyətinə heç kim qadağa qoymur. Söhbət qanun əsasında lisenziya alan taksilərdən gedir. Onlar şəhərin başqa yerlərində fəaliyyət göstərəcəklər. Amma yarışma ilə bağlı konkret hərəkət sistemləri var. O hissələrdə, qonaqlar üçün ayrılan dayanacaqlarda yalnız “London taksi”ləri fəaliyyət göstərəcəklər. Turistlərin keçdiyi istiqamətlərdə London taksilərindən başqa taksilərin dayanması yasaqdır”.

Şahanə RƏHİMLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı