Modern.az

Partiya sədri: “Mətbuat bizim fəaliyyətimizə maraq göstərmir”

Partiya sədri: “Mətbuat bizim fəaliyyətimizə maraq göstərmir”

Ölkə

30 Aprel 2012, 15:17

“Bir çox mətbuat orqanları bizim gördüyümüz işləri, fəaliyyətimizi işıqlandırmaq istəmir”

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov rəhbərlik etdiyi partiyanı fəaliyyətsizlikdə ittiham edən media qurumlarına sərt ismarıc göndərib. Partiya sədri Modern.az-a açıqlamasında bildirib ki, kimlərinsə xəbəri olmasa da, AKP öz fəaliyyətini uğurla davam etdirir:

“Mən bunu qəbul etmirəm. Bizim partiyanın fəaliyyəti heç də deyildiyi kimi dayandırılmayıb. Biz öz işimizi uğurla davam etdiririk. Bu yaxınlarda bizim böyük tədbirimiz oldu. Beynəlxalq tədbirlərdədə iştirak edirik. Hətta yaxın zamanlarda Brüsseldə böyük bir tədbirdə iştirak etdim. Ola bilsin ki, bunlar mətbuatda getmsin. Bu o demək deyil ki, biz işləmirik, partiyanın fəaliyyəti gözə çarpmır. Bizim fəaliyyətimizin nəzərə çarpmaması düzgün səslənmir. AKP bu gün də tam gücü ilə fəaliyyət göstərir. Görünür kütləvi informasiya vasitələrinin bizim partiyaya marağı çox azdır. Çünki mətbuat fəaliyyətimizi işıqlandırmağa çalışmır”.

Maddi sıxıntılardan gileylənən partiya sədri R.Quliyev əsas məqsədlərinin sosial ideyaların təbliği olduğunu deyib. Onun sözlərinə görə, AKP-nın 46 rayon təşkilatı fəaliyyət göstərir.

“AKP-nın fəaliyyətini gərək işıqlandıran bir orqan olsun. Maddi durum imkan vermir ki, öz orqanımız fəaliyyət göstərsin. Qeyd edim ki, partiyamızın 46 rayon təşkilatı var. Onlar da fəaliyyət göstərirlər. Ümumiyyətlə, bizim işimiz insanlar arasında sosial ideyaların təbliğinə yönəlib. Son zamanlar bizim partiyanın sıralarına üzv olan insanların da sayı çoxalır”-deyə R.Qurbanov qeyd edib.

Xatırladaq ki, Azərbaycan Kommunist Partiyası (AKP) 1994-cü ilin dekabr ayından Beynəlxalq Kommunist Partiyaları İttifaqının üzvüdür. Həmçinin partiya sədri Rauf Qurbanov sözügedən qurumun İcraiyyə Komitəsinin üzvüdür. Qeyd edək ki, keçmiş sovet ölkərinin daxil olduğu ittifaqa Rusiya Kommunist Partiyasının sədri rəhbərlik edir.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı