Modern.az

Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyə başladı

Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyə başladı

Ölkə

1 May 2012, 07:53


Modern.az xəbər verir ki, mayın 1-də BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi başlanıb. Azərbaycanın Şuraya sədrliyi bir ay davam edəcək.
Azərbaycan hökuməti bəyan edib ki, BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi müddətdə ilk növbədə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək.
Ölkəmizin bu mötəbər qurumda ikinci sədrliyi 2013-cü ilin sentyabr ayında olacaq.

Azərbaycan keçən ilin oktyabrında ilk dəfə olaraq Şərqi Avropadan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il 1 yanvar tarixindən başlayıb və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək. Bu iki il müddətində Azərbaycan növbə ilə Təhlükəsizlik Şurasının 1 ay müddətinə sədri funksiyalarını yerinə yetirəcək.

BMT Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olub 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Şura dünya miqyasında baş verən ən önəmli və aktual məsələlərin əsas müzakirə və qərar qəbul etmə məkanıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı