Modern.az

Mətbuatda azlıq anlayışı

Mətbuatda azlıq anlayışı

Ölkə

30 Mart 2010, 18:11

Müasir Azərbaycan jurnalsitikasında ixtisaslaşmanın zəif olması, bir çox hallarda isə olmaması ifadəsi həmkarlarımızın bəzən haqsız narazılığına səbəb olar. Bəri başdan qeyd edim ki, əslində narazılar haqlı deyillər. Əlbəttə, həyatımızın bir çox sahələrindən yazan və bu istiqamətdə artıq ixtisaslaşan jurnalist kontingentimiz formalaşmaqdadır. Amma bəzi sahələr də var ki, hər gün qəzetlərimizi “boyaması”na baxmayaraq, problemcəmiyyətə düzgün çatdırılmır. Həmkarlarımız bəzi tip mövzulara nə yazıq ki, səthi yanaşır, problemin mahiyyətini subyektiv mülahizələri ilə əsaslandırmağa çalışırlar. Bu mövzulardan da biri azlıq anlayışı və mədəni müxtəliflikdir.

 

Bildiymiz kimi et­nik qrup - et­no­so­si­al təh­sil, xü­su­si et­nik, et­nop­si­xo­loji, et­no­mə­də­ni, dil və di­ni əla­mət­lər­lə ma­lik­dir. Onun ba­şa dü­şül­mə­si si­ya­si hü­qu­qi ter­min­lər­də mil­li az­lıq ki­mi trak­tov­ka edi­lir. Bey­nəl­xalq-hü­qu­qi aktlar­da "mil­li az­lıq" və "et­nik az­lıq" (qrup) çox za­man adek­vat ki­mi iş­lə­ni­lir.

So­vet ha­ki­miy­yə­ti il­lə­rin­də SSRİ-də iki is­ti­qa­mət­də güc­lü iş apa­rı­lır­dı. İlk ba­xış­da bu is­ti­qa­mət­lər bir-bi­ri­nə əks möv­qe tə­si­ri ba­ğış­la­ma­sa da, əs­lin­də məz­mun eti­ba­ri­lə bir-bi­ri­nə da­ban-da­ba­na zidd mə­na kəsb edir­di. Da­ha doğ­ru­su, o vaxtlar SSRİ-də ya­şa­yan bü­tün xalqla­rın təd­ricən bir-bi­ri ilə qay­na­yıb-qa­rış­ma­sı nə­ticə­sin­də zor­la "so­vet xal­qı" adı al­tın­da ye­ni bi­rli­yin ya­ra­dıl­ma­sı­na cid­di-cəhd gös­tə­ri­lir­di­sə, di­gər tə­rəf­dən, bey­nəl­mi­ləl­çi­lik bay­ra­ğı­nı əsas tu­ta­raq, "dostluq" və "bə­ra­bər­lik" şü­ar­la­rı­nı ucal­da-ucal­da ay­rı-ay­rı res­pub­li­ka­lar­da­kı (bu ba­xım­dan Azər­bay­can SSR xü­su­si yer tu­tur­du) müx­tə­lif tay­fa­la­rı et­nik qrup, et­nik xalq, hət­ta bə­zən bu və ya baş­qa et­nik az­lı­ğı və ya­xud az­say­lı xal­qı isə az qa­la mil­lət ki­mi qə­lə­mə ver­mək cəhdlə­ri olur­du. Çox­mil­lət­li­lik və bey­nəl­mi­ləl­çi­lik özü də şi­şir­dil­miş sə­viy­yə­də, san­ki bu və ya baş­qa res­pub­li­ka­nın iq­ti­sa­di po­ten­si­a­lı­nı gös­tə­rən əsas amil idi.

Azərbaycanda ki­fa­yət qə­dər ol­ma­sa da, mü­əy­yən mə­na­da bu mə­sə­lə­yə ma­raq və onun iza­hı ye­ni prob­lem de­yil, müx­tə­lif vaxtlarlda az-çox öy­rə­ni­lib, ay­rı-ay­rı mü­əl­lif­lər tə­rə­fin­dən araş­dı­rı­lıb. La­kin son bir ne­çə il­də aparılan  araşdırmalar gös­tər­di ki, cəmiyyətin müxtəlif təbəqələrinin də "mil­lət", "xalq", "et­nik az­lıq", "az­say­lı xalq" və "mil­li az­lıq­lar" ifa­də­lə­ri haq­qın­da tə­səv­vür­lə­rin­də qa­ran­lıq nöq­tə­lər çox­dur.

Bə­zən bu ter­min­lər qa­rı­şıq sa­lı­nır, bə­zən düz­gün izah olu­nur, bə­zən isə on­la­rın ara­sın­da möv­cud fərqlə­rə heç bir mə­həl qo­yul­mur. Nə­ticə­də mil­li mü­na­si­bət­lər­lə, mil­li mə­sə­lə­lər­lə bağ­lı prob­lem­lə­rə qey­ri-ob­yek­tiv möv­qe­dən ya­na­şı­lır, bir sı­ra re­al­lıq­lar və ta­ri­xi ger­çək­lik­lər təh­rif olu­nur. Be­lə hal­la­ra bir çox KİV-lərdə tez-tez rast gəl­mək olur. Hətta bəzən terminin daşıdığı tarixi, bioloji, siyasi çalarlardan ehtiyat edən həmkarlamız onu dırnaq arasına alaraq göstərirlər. Bu azmış kimi bəzən bu təbəqənin insanlarını adı və soyadı ilə deyil, etnik kimlikləri ilə çağırırlar. Əslində isə vətəndaşlıq hüququ olan hər bir şəxsin, mənəviyyatca ona daha yaxın olan hər hansı milli və ya etnik qrupun üzvü olmağa sübyektiv hüququ var. Azlıq, qrup hüququnun subyektidir. Belə bir təyinetmə üçün nə şəxsin mənşəyini bilmək, nə də başqa bir vasitə lazım deyil.  

Əl­bət­tə, "mil­lət", "xalq", "az­say­lı xalq", "mil­li az­lıq", "et­nik az­lıq" məf­hum­la­rı tə­zə ya­ra­nan ter­min­lər de­yil. Öz mə­na ça­lar­lı­ğı ba­xı­mın­dan nə dü­nə­nin, nə də bu gü­nün re­al­lı­ğı ilə izah edi­lə bi­lər. Bu ter­min­lər müx­tə­lif dövrlər­də ay­rı-ay­rı tay­fa­la­rın xalq, ay­rı-ay­rı xalqla­rın təd­ricən mil­lət ki­mi for­ma­laş­ma­sı pro­se­si nə­ticə­sin­də mey­da­na gəlib. Bü­tün dün­ya ic­ti­ma­iy­yə­ti­nin bu ter­min­lər haq­qın­da ay­dın və də­qiq tə­səv­vür­lə­ri var.

Azlıq anlayışından danışarkən mədəni müxtəlifliyə də toxunmaq lazımdır. Çünki bütün ölkələrdə bu kateqoriyadan olan insanlara ictimai-siyasi hüquqlardan daha çox, mədəniyyətlə bağlı məsələlərdə də geniş səlahiyyətlər verilir. Mədəniyyətin isə ən mühüm şərtlərindən biri - mədəni müxtəliflik və plüralizmdir. Bu problem etnik, milli və ümumbəşəri miqyaslarda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları müxtəlif sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər oriyentasiyaların fərqliliyindən irəli gəlir.

Milli-mədəni müxtəlifliyin təməl elmi prinsip, fakt və yanaşma metodu kimi əsaslandırılması dahi alman mütəfəkkiri İ.Herderin adı ilə başlayır. O, özünün “Bəşəriyyətin tarix fəlsəfəsinə dair ideyalar” əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyəti ən mühüm faktor kimi vurğulamışdır. İ.Herderin fikrincə, məhz dində, dildə, sənətdə, elmdə təcəssümünü tapan mədəniyyət hər bir cəmiyyətin bənzərsizliyini, identikliyini şərtləndirir.

Mədəniyyəti yalnız öyrənmək deyil, həm də qəbul etmək başqa mədəniyyətin mövcud olması kimi təbii tarixi fakt kimi qəbul etmək lazımdır.

Etnologiyada yayılmış fikrə görə, “mədəni birlik” dedikdə müəyyən etnosu təşkil edən müəyyən toplum başa düşülür və burada mədəniyyət sosial həyatın bütün tərəflərini (siyasət, iqtisadiyyat və s. sahələrə ayrılmadan) əhatə edir. 

Soyuq müharibədən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər, nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir