Modern.az

Bahar Muradova Milli Məclisdə hesabat verəcək

Bahar Muradova Milli Məclisdə hesabat verəcək

Parlament

Bu gün, 10:05

Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatı Milli Məclisə daxil olub. 

Modern.az-ın məlumatına görə, hesabat yaxın günlərdə Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirə ediləcək. 

Qeyd edək ki, Dövlət Komitəsinin illik hesabatında komitənin fəaliyyəti ilə yanaşı ölkədə qadınlara qarşı törədilən cinayətlər, cinsi zorakılıq halları, ailə-məişət zəminində daxil olan müraciətlər, erkən nikah və abort statistikası, uşaqlara qarşı zorakılıq faktları, eləcə də dövlət qurumlarında qadınların təmsilçilik səviyyəsi ilə bağlı göstəricilər yer alır.

AQUPDK-nın hazırkı sədri Bahar Muradovadır. Hesabatda o və müavinlərinin iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, B. Muradova uzun illər deputat kimi də fəaliyyət göstərib. 
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?