Modern.az

Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı

Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı

Ölkə

18 May 2026, 21:50

"Azərbaycandan həcc ziyarətinə yola düşən zəvvarları daşıyan növbəti iki təyyarə bu gün havaya qalxıb".

Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

O qeyd edib ki, bununla da həcc ziyarətinə yola düşən üçüncü və dördüncü zəvvar qrupları yola salınıb.

Xatırladaq ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti 6 100 ABŞ dolları təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır