Modern.az

Nigar Adilova prorektor təyin edildi

Nigar Adilova prorektor təyin edildi

Ölkə

16 Aprel 2026, 22:45

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.

Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 31 yaşlı Nigar Adilova beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə gətirilib.

Qeyd edək ki, N.Adilova 2015-ci ildən ADNSU-da fəaliyyətə başlayıb. O, 2017-2023-cü illərdə ADNSU ilə Corciya Dövlət Universiteti arasında birgə əməkdaşlıq çərçivəsində yaradılmış MBA proqramında tyutor və tədris texnologiyaları üzrə mütəxəssis kimi çalışıb.

2018-ci ildən etibarən həmin proqramda müəllim kimi fəaliyyət göstərən N.Adilova, 2023-cü ildən bu günədək MBA proqramının direktor müavini vəzifəsini icra edib.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi