Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində yeni nazir müavini təyin edilib.
Modern.az xəbər verir ki, Müslüm Əli oğlu Cabbarzadə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, Müslüm Cabbarzadə bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, eyni zamanda bir müddət bu qurumun rəisi vəzifələrini icra edib. (Naxçıvan xəbərləri)