Modern.az

Gürcüstana gedən azərbaycanlıların sayı kəskin azalıb

Gürcüstana gedən azərbaycanlıların sayı kəskin azalıb

Ölkə

16 Aprel 2026, 15:07

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Gürcüstana səfərlərin sayına görə ilk beşlikdə qərarlaşıb.

Modern.az xəbər verir ki, bu dövrdə ölkədən 59,6 min nəfər Gürcüstana səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azalma deməkdir.

Ümumilikdə ilin ilk rübündə Gürcüstana 1,3 milyon beynəlxalq səyyah gəlib. Bu isə illik müqayisədə 1,1% azalma olduğunu göstərir. Bununla belə, turist səfərlərinin sayı artıb, 4% yüksələrək 997,5 min nəfərə çatıb.

Hesabata əsasən, Gürcüstana ən çox səfər edən ölkələr sırasında Türkiyə 238,4 min nəfərlə birinci, Rusiya isə 230,7 min nəfərlə ikinci yerdə qərarlaşıb. Ermənistan 160,5 min nəfərlə üçüncü, İsrail 66,7 min nəfərlə dördüncü yeri tutur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?