Modern.az

Bakıda aptekdən oğurluq oldu

Bakıda aptekdən oğurluq oldu

Hadisə

Bu gün, 20:50

Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərin birindən oğurluq edilib.

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 53 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun müştəri qismində daxil olduğu aptekdən satıcının başının qarışıq olmasından istifadə edərək mobil telefonu oğurladığı məlum olub.

Araşdırma davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi