UEFA Avropa və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
Modern.az xəbər verir ki, artıq hər iki turnirdə ilk yarımfinalçılar bəlli olub.
Avropa Liqasında Almaniya "Frayburq"u ilk matçda 3 cavabsız qolla üstələdiyi İspaniya “Selta”sına ikinci görüşdə də qalib gəlib - 3:1. Konfrans Liqasında isə Ukrayna "Şaxtyor"u Niderlandda "AZ Alkmaar"la 2:2 hesablı heç-heçə edib. Donetsk klubu birinci matçda 3:0 hesablı qələbə qazanmışdı. Beləliklə, bu nəticələrdən sonra "Frayburq" Avropa Liqasında, "Şaxtyor" isə Konfrans Liqasında yarımfinala yüksəlib.