AYB üzvü, araşdırmaçı-yazar
Heç kimin gözünə görünməyən bu işarələri, damğaları mən necə gördüm? Mən ora necə getdim, bu işarələri necə tapdim? Düşünürəm ki, məni həmin yerlərə dartıb aparan bir qüvvə var. Çox zəngin olan tariximizin üçüncü gizli bir məkanını tapdığıma görə mənə çox suallar ünvanlanıb ki, buna necə nail ola bildim. Necə oldu ki, Koroğlu qaşı adlandırılan dağda 20-yə yaxın insan heykəlini, dağdakı işarələri ilə görə bildim və dağın içində saray olduğunu hardan bildim.
Əsrlərdir axtarılan qədim Abdal şəhərini necə oldu ki, tapıb üzə çıxara bildim. 4 min ildən artıq yaşı olan məbədi, məbədin üstündəki müqəddəs işarələrin mənasını necə oldu ki, açıqlamağı bacardım.
İndi isə mənə yeni bir sual ünvanlanacağını aydın görürəm: necə oldu ki, tariximizn gizli daşlaşmış yaddaşındakı müqəddəs işarələri üçüncü dəfə tapıb üzə çıxarda bildim? Bütün bunlara izahım isə sadə olacaq: Mən təbiəti sevirəm, hər bir dağ-daşla, qala və abidəylə qərşılaşanda sanki onlarla bir canlı kimi söhbət edirəm.onra dağın başına çıxıram. Bu da bir təsadüfdürmü deyə bilmərəm, heç kimin gözünə görsənməyən müqəddəs işarələr mənim gözümə görünür. Bu il də yenə yay tətilində ucqar dağ kəndlərində, yaşayış sahəsindən uzaqda sıldırım qayaların arasındakı sıx meşələrlə gedirdim, gözümə əzəmətli bir dağ sataşdı. Dağın zirvəsinin yaxınlığında təbiətin möcüzəsi ilə rastlaşdım sanki. İki ağac zirvədə boy vermişdi. Mənə təəccüblü gəldi ki, bu ağaclar belə sildırımda necə bitib…
Mənə elə gəldi ki, ağacın budaqları, yarpaqları nəyisə gizlədir, nəyisə qoruyur. Mən həmin dağın zirvəsinə doğru ucurumlarla, çətinliklə də olsa, çıxdım. Ağacların budaqlarının gizlətdiyi dağın özündə işarələnmiş damğaları, işarələri gördüm. Gördüm ki, ağac öz budaqları arasında yaşıl yarpaqları ilə o işarələri qoruyaraq gizlədir. Mən çətinliklə də olsa, onun şəklini çəkdim. Bu işarələrdə nəsə bir sirr olduğunu hiss etdim, amma bunun nə olduğunu anlaya bilmədim. Mən həmin yerlərə necə gedib çıxdığımı söyləyim.

Mən buna qədər aşkarladığım tariximizin açılmayan sirlərindən üçü barədə mətbuatda açıqlamalar versəm də, hələ heç yerdə heç kimə demədiyim başqa gizli məkanlar da var. Özü də bunlar bir yox, bir neçədir. Neçə müddətdir bu məsələlərlə bağlı araşdırmalar aparsam da, hələlik gizli saxladığım tarixi məkanlarımız və heç kəsə məlum olmayan abidələrimiz barədə araşdırlmalarım bitmədiyinə görə, həm də müəyyən səbəblər ucbatından hələ açıqlamalar verməyə tələsmirəm. Keçən dəfə mətbuatda açıqladığım faktlardan sonra Mədəniyyət və Turizm Nazirliyi Abdal şəhərini mədəni abidələr siyahısına salıb. Buna görə cənab nazir Əbülfəs Qarayevə öz təşəkkürümü bildirirəm. Abdal şəhərinin Albaniya tarixinin bir parçası olaraq arxeoloji qazıntılarının aparılması barədə göstəriş verilib. Həmin ərazidə qədim şəhər mədəniyyəti var. Mənim açıqlamalarımın nəticəsi o oldu ki, həmin abidələr dövlət qoruğu kimi mühafizə olunacaq. Bu da çox mühüm məsələdir. Çünki tariximizə, onun nişanələri olan abidələrimizə ögey münasibət bəsləyənlər istisna deyil, onlar xam xəyala düşüb, xəzinə axtarmaq adı ilə həmin abidələri dağıda bilərlər. Amma axı ən böyük xəzinə elə həmin abidələrin özüdür ki, bizə babalarımızdan yadigar qalıb. Bizim hər birimiz, o müqəddəs tarixi abidələrimizə sahib çıxmalı, onu qorumalıyıq. Bu, hər bir kəsdən xahişim və ricamdır. Həmin abidələrə ögey münasibət bəsləmək tariximizə qarşı hörmətsizlik və unutqanlıqdır.
Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar.
Arxivlərdə abdalların türkdilli olması barədə yüzlərcə faktlar, sənədlər var. Qədim türk soylarından olan abdalların Ön Asiya və Qafqazda məskunlaşması barədə tarixi mənbələrdə xeyli məlumatlar mövcuddur. Yazılmayan mənbələr isə bizim zəngin olan tariximizin arxeologiyasıdır ki, biz arxeololoji qazıntılar nəticəsində bu barədə bilmədiklərimizi örənirik.
Sonuncu askar etdiyim qədim Abdal şəhəri olub. Burada türkdilli alban qəbiləsi yaşayıb. 100 hektarlıq bir şəhər mədəniyyəti, 100-lərcə saray, yaşayış məskəni olmuş evlərin fundamenti torpağın altında açiqca görsənir.