"Sabah" komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Modern.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarını Kristian Nvaçukvu, Umarali Raxmonaliyev və Tellur Mütəllimov vurublar. Mütəllimovun 90+4-cü dəqiqədə vurduğu qol görüşü əlavə vaxta aparıb.
Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina dördüncü qola imza atıb. Son nöqtəni isə 115-ci dəqiqədə Coy Lens Mikels vurub - 6:4.
***
23:20
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda 7-ci qol vurulub.
Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 5:2.
Əlavə vaxtda, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.
***
23:01
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda altıncı qol vurulub.
Modern.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 4:2.
Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.
***
22:45
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.
Modern.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.
Tellur Mütəllimov adını tabloya yazdırıb.
İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.
***
22:29
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda dördüncü qol vurulub.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 74-cü dəqiqəsində Sabah"dan Umarali Raxmonaliyev fərqlənib - 2:2.
22:15
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda üçüncü qol vurulub.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 61-ci dəqiqəsində "Hapoel" komandası önə keçib. Qay Mizrahi fərqlənib - 2:1.
21:54
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ikinci hissə başlayıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün ilk yarısından sonra hesab bərabərdir - 1:1.
21:45
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ilk hissə başa çatıb.
Modern.az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün fəsiləsinə qollu heç-heçə ilə yollanıb - 1:1.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.
21:31
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ikinci qol vurulub.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 38-ci dəqiqəsində Bakı klubunun heyətində Kristian Nvaçukvu diqqət mərkəzinə düşüb - 1:1.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.
Modern.az-ın məlumatına görə, matçda ilk qolu qonaqlar vurub.
10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.
***
20:46
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyunu başlayıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.