Modern.az

Bu il 42 ahıl "qocalar evi"nə yerləşdirilib 

Bu il 42 ahıl "qocalar evi"nə yerləşdirilib 

Ölkə

Bu gün, 14:59

2026-cı ilin ilk 8 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə 42 ahıl qəbul edilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, qurumun mətbuat xidmətindən məlumat verilib.

"Bu ilin 8 ayı ərzində müəssisəyə 42 ahıl vətəndaş qəbul edilib. Onlardan 18 nəfəri qadın, 24 nəfəri kişidir". 

"Hazırda müəssisədə 213 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 109-u kişi, 104-ü qadındır",- deyə qurumdan bildirilib.

Sosial Xidmətlər Agentliyindən ahıllar üçün yaradılan şəraitlə bağlı da məlumat verilib:

"Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də ahıl şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsidir. Dövlət başçısının tapşırıqları və icra olunan proqramlar nəticəsində ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb. 

Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Burada yaşayanlara stasionar formada sosial xidmətlər göstərilir, ahıllarla sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir. Sakinlər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər. 

Müəssisədə təqdim olunan sosial xidmətlər yalnız gündəlik qayğı ilə məhdudlaşmır. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur. Eləcə də onların müxtəlif idman yarışları, gimnastika məşğələləri və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin edilir". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı