Dini və etnik müxtəliflik Azərbaycan xalqının birliyinə xələl gətirməyib.
AMEA Rəyasət Heyətinin üzvü Səfa Qarayev açıqlamasında bildirib ki, azərbaycançılıq milli maraqlara xidmət edən, cəmiyyət üçün ortaq dəyərlər formalaşdıran və dünyanı barışa çağıran bir düşüncədir.
“Azərbaycançılıq dünyada mənəvi böhranların aşılması üçün də imkanlar yaradır. Cənab Prezident öz nitqində dünya ictimaiyyətinin diqqətini Azərbaycan xalqının mənəvi və ideoloji birliyinə yönəltdi. Azərbaycan xalqı bu düşüncə ətrafında birləşərək dini və etnik müxtəlifliyin onun birliyinə və bütövlüyünə xələl gətirmədiyini tarix boyu sübut edib”, – deyə Səfa Qarayev vurğulayıb.