Modern.az

Axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi

Axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi

Ölkə

Bu gün, 16:52

Axtarışda olan Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirov Gürcüstanda saxlanılaraq Azərbaycana gətiriliblər.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Gürcüstanın Ədliyyə Nazirliyi hər iki şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətlərini təmin edib.

Ağstafa Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Tahir Ayralov qabaqcadan əlbir olan bir qrup şəxslə yaşayış sahəsinə və digər saxlanc yerlərinə qanunsuz daxil olaraq təkrar oğurluq etməkdə ittiham olunur.

Bakı Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə Miryusif Qədirov isə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətməkdə ittiham edilir.

Baş Prokurorluğun məlumatına görə, hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra istintaqdan gizləndikləri üçün axtarışa verilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı