Modern.az

Metroya ödənişsiz giriş ən azı bir ay davam edəcək

Metroya ödənişsiz giriş ən azı bir ay davam edəcək

Ölkə

22 Sentyabr 2026, 17:28

“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına ödənişsiz giriş ən azı bir ay davam edəcək.

Bunu Modern.az-a  açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.

“Əminik ki, bunun uzun müddət davam etmək imkanı var. Amma ən azı bir ay, yəqin ki, ödənizşsiz giriş olacaq”, – Bəxtiyar Məmmədov bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı