Modern.az

Cənubi Qafqazdakı vəziyyətdən danışdıq - Maka Boçorişvili

Cənubi Qafqazdakı vəziyyətdən danışdıq - Maka Boçorişvili

Ölkə

Bu gün, 19:30

Cənubi Qafqazda mövcud vəziyyət barədə də danışdıq.

Modern.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur. Bu, regionda stabilliyin dərinləşməsinə və regionun potensialının inkişafına səbəb olacaq”, - o vurğulayıb.

Nazir qeyd edib ki, Gürcüstan regionda sabitliyə və təhlükəsizliyə töhfə vermək üçün əlindən gələni edəcək:

"Gürcüstanın mövqeyi hər zaman belə olub. Əlbəttə ki, iki ölkə arasındakı münasibətlərdə müşahidə olunan tərəqqini alqışlayırıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı