Modern.az

Bayramov həmkarını Azərbaycan-Ermənistan postmünaqişə dövrü barədə məlumatlandırıb

Bayramov həmkarını Azərbaycan-Ermənistan postmünaqişə dövrü barədə məlumatlandırıb

Ölkə

Bu gün, 19:15

Beynəlxalq gündəm, Qara dənizdə olan kifayət qədər gərgin durum, Yaxın Şərqdəki qeyri-müəyyənlik və Rusiya-Ukrayna münaqişəsini müzakirə etdik.

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Botçorişvili ilə birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramov bildirib ki, Azərbaycanın mövqeyi münaqişələrin diplomatik yolla başa çatdırılmasıdır.

Nazir həmkarını Azərbaycan-Ermənistan postmünaqişə dövrü barədə məlumatlandırdığını, ona ən yeni inkişaflar barədə məlumat verdiyini deyib:

"Eyni zamanda görüşümüzdə azad olunmuş ərazilərdəki bərpa-quruculuq, vətəndaşlarımızın geridönüşü, baş verən yeniliklər, ciddi mina təhdidi barədə də həmkarıma məlumat verdim".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı