Modern.az

Tanınmış jurnalist Şuşaya KÖÇDÜ

Tanınmış jurnalist Şuşaya KÖÇDÜ

Media

8 May 2024, 17:12

Tanınmış jurnalist Kərim Kərimli də bu gün – mayın 8-də Şuşaya köç edən sakinlər sırasındadır.

 

Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib.

 

Köç öncəsi sevincini bölüşən jurnalist hisslərini belə ifadə edib:

 

"8 may 1992-ci ildə Şuşada 5-6 min kitabım qaldı. Arasında çox qiymətli və orijinal əsərlər də çox idi. Məsələn, Kobzarın 1840-cı il orijinal nəşri kimi... İndi də kitabxanamdakı 2-3 min kitabın yalnız yarısını Şuşaya apara bilirəm... Qalanını paylamışam ora-bura, qismət olsa, sonra apararam. Köçkünlük illərində hər dəfə müvəqqəti  yaşayış yerini dəyişdikcə, nə qədər kitabım da tələf oldu...

Nə isə...

Sakitcə Şuşaya qayıdışdan və kitablarının bir hissəsini oraya aparmaqdan danışmaq da bir səadət imiş...
Gözəl günlər öndədir!!!".

 

Kərim Kərimlinin ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.

 

O, hazırda TEAS Press Nəşriyyat Evində redaktor vəzifəsində işləməklə yanaşı, həm də azadshusha.com saytının baş redaktorudur.

 

K.Kərimli həm də yazıçıdır, bir sıra kitabların müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi